Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda 2-ci liqanın 20-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Şahdağ Qusar” – “Hypers Quba” oyunu bitdikdən sonra “Hypers Quba” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 150 manat cərimə edilib. “Kür-Araz” – “Araz Saatlı” oyununun 82-ci dəqiqəsində “Araz Saatlı”nın 8 nömrəli futbolçusu Ramin Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klub 50 manat cərimə edilib. “Dinamo” – “Şəmkir” oyununun 33-cü dəqiqəsində “Dinamo”nun 10 nömrəli futbolçusu Ziya Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klub 50 manat cərimə edilib. Eyni matç bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Dinamo” komandası 80 manat cərimə edilib. "Dinamo” – “Şəmkir” oyununda “Şəmkir”in 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.