Latviya - Azərbaycan matçının biletləri satışda

8.05.2025 17:25 30
Ölkə futbolu
İyunun 7-də keçiriləcək Latviya - Azərbaycan beynəlxalq yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, paytaxt Riqada baş tutacaq qarşılaşmanı izləmək istəyən azarkeşlər 7 avrodan 30 avroya qədər xərcə düşəcəklər.

Matç Bakı vaxtilə saat 17.00-da başlanacaq. Baltikalılar "Skonto"nun ev matçlarını keçirdiyi stadionda reallaşacaq görüşdən üç gün sonra DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Albaniya millisini qəbul edəcəklər.

Qeyd edək ki, yığmamız iyunun 10-da Bakıda Macarıstan futbolçuları ilə də yoldaşlıq duelində üz-üzə gələcək.