Millimizin oyununun biletləri satışda

25.08.2022 13:40 408
Yığma
Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Qazaxıstanla matçının biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, sentyabrın 25-də "Dağa Arena"da oynanılacaq görüşə biletlərin qiyməti 2, 5 və 10 manatdı. Onları iticket.az saytından əldə etmək mümkündü.

Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə 1 bilet ala bilərlər.

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20.00-da başlayacaq.