Təmir olunan Xankəndi stadionunda son durum

7.05.2025 12:56 41
Ölkə futbolu
Xankəndi stadionunda təmir-bərpa işləri intensivləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

3-cü MDB Oyunlarına hazırlıq prosesi ərəfəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında tikinti prosesi sürətləndirilib. Stadionun tikintisinin bu ilin sentyabrına qədər başa çatdırılması nəzərdə tutulur.

15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Sovet dövründə Ağdamın "Qarabağ" klubu ev oyunlarını bu arenada keçirib. Stadionda futbolçular üçün paltardəyişmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərdə tutulub. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.

Qeyd edək ki, 3-cü MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul