Xankəndi stadionunda söküntü işləri başladı - VİDEO

4.11.2023 12:03 742
Aktual
Ordumuz 1 gün içərisində torpaqlarımızı terrorçulardan təmizlədi. Artıq ata-baba yurdumuza dönməyin vaxtıdı.

Azərbaycan hakimiyyəti qayıdış işlərinə start verib. Noyabrın 8-də Xankəndində parad keçiriləcək. Bununla bağlı indidən işlər görülür.

"Football-plus.az" xəbər verir ki, şəhərdəki stadionda da söküntü işləri başlayıb. Arenanın oturacaqları qondarma rejimin əski parçasına uyğun düzəldilmişdi. Hazırda stadionun tribunalarında təmir işləri görülür. Noyabrın 8-nə kimi proses başa çatacaq.

Söküntü işləri ilə bağlı videonu diqqətinizə çatdırırıq: