Millimizin dünya çempionatındakı oyunlarının vaxtı

2.05.2025 16:14 8
Ölkə futbolu
Minifutbol üzrə millimizin dünya çempionatında keçirəcəyi oyunların vaxtı dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, komandamızın Bakıdakı mundialın qrup mərhələsində keçirəcəyi oyunların başlama saatları bəlli olub. Mayın 21-də Bəhreynə qarşı baş tutacaq ilk görüş saat 20.30-da başlayacaq.

İki gün sonra Sloveniya ilə üz-üzə gələcək millimiz saat 20.45-də meydana çıxacaq. Mayın 25-də keçiriləcək Azərbaycan – Mavritaniya qarşılaşmasının start fiti saat 19.30-da veriləcək.