Barselonadakı matç təxirə salına bilər

30.04.2025 10:52 8
Dünya futbolu
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilməli olan matçlardan biri vaxtında baş tutmaya bilər.

“Barselona” – “İnter” matçının təxirə salınmaq ehtimalı var. Buna İspaniyada elektrik enerjisinin kəsilməsi səbəb ola bilər.

Qeyd edək ki, matç aprelin 30-da Bakı vaxtı ilə saat 23.00-da başlamalıdı.

“Reuters” agentliyinin məlumatına görə, İspaniya Daxili İşlər Nazirliyi artıq dünəndən elektrik enerjisinin kəsilməsi səbəbindən bölgələrdə fövqəladə vəziyyət elan etməyi planlaşdırır.