Mahirin komandasının təxirə salınan ÇL matçının vaxtı

8.08.2023 17:23 246
Çempionlar Liqası
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin AEK (Yunanıstan) - "Dinamo" (Xorvatoya) oyunu ilə bağlı yeni qərar verib.

"Football-plus.az" xəbər verir ki, qitənin ali futbol qurumu bugün keçirilməli oyunu təxirə salmışdı. Buna avqustun 7-də Afinada iki klubun azarkeşlərinin iştirakı ilə iğtişaş səbəb olmuşdu. Həmin hadisə zamanı AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.

Bu komandalar arasında ilk oyun avqustun 15-i Zaqrebdə, cavab matçı isə avqustun 19-u Afinada olacaq. Hər iki oyun azarkeşlərin iştirakı olmadan keçiriləcək.