İspaniya kubokunun 1/64 final mərhələsinin 7 oyunu baş tutmayıb.
İspaniya Kral Futbol Federasiyasının məlumatına görə, matçlar Valensiyadakı daşqın səbəbindən təxirə salınıb. “Valensiya” səfərdə “Parla”, “Levante” isə “Pontevedra” ilə qarşılaşmalı idi. Artıq oyunların uyğun olaraq noyabrın 6-na və 7-nə təyin olunduğu açıqlanıb. “Manises” – “Xetafe”, “Exea” – “Erkules”, “Xove” – “Real Sosyedad”, “Xeres” – “Seuta” və “Çiklana” – “Osasuna” matçları da ertələnib.
Qeyd edək ki, Valensiyada güclü yağış və daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib. Oktyabrın 30-na olan məlumata görə, şəhərin yerləşdiyi regionda 51 nəfər həlak olub.