Rahil Məmmədov hardadı?

24.04.2025 16:29 45
Ölkə futbolu / Aktual
Millimizin müdafiəçisi Rahil Məmmədov artıq uzun müddətdi ki, “Radomyak” da nəinki əsas heyətə, heç iştirak ərizəsinə də düşə bilmir. 8 oyundu adı iştirak ərizəsinə salınmayan mərkəz müdafiəçisi hardadı? Zədəlidimi? Deyil. Bununla bağlı heç bir açıqlama verilməyib.

Həmçinin Rahil millinin düşərgəsinə qoşulanlar arasında idi. Belə çıxır ki, bu mövsüm cəmi 12 oyunda meydana çıxan müdafiəçi ya baş məşqçinin planlarına uyğun gəlmir, ya da hansısa intizam pozuntusuna yol verib. Hər halda, hazırda ondan heç bir soraq yoxdu. Nə meydanda, nə də Polşa mediasında.

Yeri gəlmişkən, Rahilin “Radomyak”la növbəti mövsümün sonuna qədərdi. Ancaq meydana çıxmırsa, müqavilə müddətinin sonuna qədər bu klubda qalacağı inandırıcı görünmür.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul