"Turan Tovuz" - "Şamaxı" matçının biletləri satışda

23.04.2025 18:13 6
Ölkə futbolu
Misli premyer-liqasının 32-ci turu çərçivəsində keçiriləcək "Turan Tovuz" - "Şamaxı" oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, iletləri bu gündən etibarən Tovuz şəhər statdionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz. 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadı.

Oyun aprelin 25-də, saat 19.00-da Tovuz şəhər stadionunda baş tutacaq.