Belə ki, “qırmızı-qaralar” daha Bakıda məskunlaşmayacaq. Dəqiq desək, kollektiv təmsil etdiyi rayonda yerləşəcək və gündəlik məşqləri öz bazasında keçəcək. Bugünlərdə klub funksionerləriylə baş məşqçi Kaxaber Sxadadze arasında keçirilən görüşdə bu barədə razılıq əldə olunub.
"Football-plus.az" bu mövzuda daha ətraflı bilgi almaq məqsədilə "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlıya müraciət etdi. Klub rəsmisi saytımıza açıqlamasında iddialara bağlı konkret qərarın qəbul olunmadığını bildirdi:
"Qəbələdə məskunlaşıb-məskunlaşmayacağımızla bağlı hələ yekun qərar verilməyib. Bu məsələ, sadəcə, müzakirə olunub. Hələ qərar qəbul etmək üçün tezdi. Bu məsələyə avqustda qayıdacağıq".
KƏNAN BAHADIR






