Məlum olduğu kimi, iclasda ölkə futboluyla bağlı müxtəlif məsələlər müzakirə olunub. Klublardan növbəti iclasa qədər ölkə futbolunun müxtəlif sahələrinin inkişafına dair təkliflər paketi hazırlamaq istənilib. Müzakirə edilən məsələlərdən xəbərdar olmaq üçün iclasda iştirak edən “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq:
“Klublar Komitəsiylə bağlı çox danışmıram. Çünki bura yeni qoşulmuşam, cəmi ikinci iclasımdı. Komitədə daha təcrübəli və çoxdan üzv olanlar var. Orda kimin iştirak etməsinin fərqi yoxdu. Əsas odu ki, klub rəhbərliyindən kimsə olsun. Yəni ya prezident, ya da idman direktoru”.
KAMAL SƏFƏR






