Liam van Nistelroy PSV ilə müqavilə bağlayıb.
"Football-plus.az" xəbər verir ki, yeniyetmə futbolçunun Niderland klubu ilə yeni müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Liam hazırda “Lester”i çalışdıran Ruud van Nistelroyun oğludu. 17 yaşlı hücumçu bu mövsüm PSV-nin gənclərdən ibarət komandasında 30 oyuna 20 qol vurub.
48 yaşlı Van Nistelroyun 1998-2001-ci illərdə Eyndhoven klubunda çıxış etdiyini də xatırladaq.