Gözlənilən təyinat rəsmiləşdi

6.12.2024 13:14 324
Dünya futbolu
Ruud van Nistelroyun “Lester”in baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib.

İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, niderlandlı mütəxəssis ilə 2,5 illik müqavilə imzalanıb. Van Nistelroy bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Stiv Kuperi əvəzləyib. Kuper uğursuz nəticələrə görə işini itirmişdi. “Lester” ölkə çempionatında 12 turdan sonra 10 xalla 16-cı yeri tutur.

Qeyd edək ki, Van Nistelroy bundan əvvəl müvəqqəti olaraq “Mançester Yunayted”i çalışdırıb. Maraqlıdı ki, onun komandası Liqa Kuboku (5:2) və premyer-liqada (3:0) 2 dəfə “Lester”i məğlub edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul