"Sabah" Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sına uduzdu - 1:2.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Niyə alınmadı? Qələbə üçün nə çatmadı?
- Əslində, bərabərliyə yaxın idik. Lakin keyfiyyət öz sözünü dedi. Rəqibi təbrik edirəm. Komandamla qürür duyuram. Onlar əllərindən gələni etdilər.
- Oyun ərzində komandanın konkret taktiki planını görmək çətin idi. Bunun səbəbi nə idi?
- Bəlkə də, oyunu tam izləməmisiz. Matça yenidən baxsaz hansı taktiki planın olduğunu görərsiz. Məncə, hər şey aydın idi. Stadionda olan hər kəs bunu gördü.
- Mbina daim komandanın çətin anlarında meydana çıxıb və məharətini göstərib. Ondan bu gün razı qaldız?
- Mən komandamda olan bütün futbolçulardan olduğu kimi, Mbinadan da razıyam. Düşünürəm ki, bu gün güclü müdafiəçilərə qarşı yaxşı oyun sərgilədi. Məşqlərdə və bu gün keçirdiyi oyunla gələcəkdə daha çox vaxt alacaq.
- Oyunda ən çox məyus olduğunuz məqam hansı oldu?
- Daha yaxşı komanda qələbə qazandı. Unutmayaq ki, "Borussiya" Avropanın ən güclü 5-6 kollektivindən biridi. Lakin, biz heç-heçəyə yaxın idik. Futbol belədi. Bəzən qol vurmaq alınır, bəzən yox. Çempionlar Liqası matçları oynamaq çətindi. Uyğunlaşana qədər rəqib öz təcrübəsindən istifadə edərək bizi cəzalandırdı. Səhvlərdən dərs çıxaracağıq. Yenidən bildirmək istəyirəm ki, bütün futbolçularımla qürur duyuram. İndi isə bizi "Qarabağ"a qarşı oyun gözləyir.
KƏNAN BAHADIR
"Komandamla qürur duyuram" - Valdas Dambrauskas
Manşet / Avrokuboklar





