"Sabah", həqiqətən, layiqli mübarizə apardı" - Niko Kovaç

20.10.2026 23:43 54
Avrokuboklar / Manşet
Dortmund "Borussiya"sı Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda Bakıda "Sabah"ı məğlub etdi - 2:1.

"Football-plus.az" xəbər verir ki, "arılar"ın baş məşqçisi Niko Kovaç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Çox vacib qələbə qazandıq. Oyundan razı qaldım. Çox yaxşı çıxış etdik. Xüsusən, hücumda yaxşı performans sərgilədik. "Sabah" çox güclü komandadı. Meydanda yaxşı komanda olduğunu göstərdi. Biz isə şanslarımızdan istifadə etdik.

- Komandanız oyun planını tam həyata keçirə bildi?
- Oyunu hücumda keçrmək istəyirdik. Arxa xətdən önə səhv etmədən gəlmək istəyirdik. Bunu bacardıq.

- Qolu standart vəziyyətdən buraxdız...
- Bəli, standart vəziyyətlər bizi hər zaman əsəbləşdirir. "Sabah" bu baxımdan yaxşı hazırlaşmışdı. Çalışırıq ki, bu vəziyyətdə qapımızda qol görməyək. Əslində, həmin vəziyyətdə qapımızı toxunulmaz saxlaya bilərdik. Lakin "Sabah" həmin epizodda daha dəqiq oynadı. Bundan sonra künc zərbələrində və başqa standart vəziyyətlərdə daha diqqətli olmalıyıq.

- Hər iki hissənin ilk 10 dəqiqəsində "Sabah"a ciddi təzyiq göstərdiz. Bu cəhdlər fayda verdi. Plan belə idi, yoxsa buna rəqibin müdafiəyə çəkilməsi səbəb oldu?
- Bəli, plan belə idi. Hücumlar edib təşəbbüsü ələ almaq istəyirdik. Səhvlər də etdik. Ancaq ümumən planı həyata keçirə bildik.

- "Sabah" səviyyə fərqinə rəğmən cəsarətli futbol oynadı. Bu barədə nə deyə bilərsiz?
- “Sabah"ı göstərdiyi futbola görə təbrik edirəm. Həqiqətən, layiqli mübarizə apardılar. Sözün açığı, təəccüblənmədim. Çünki "Sabah"ı araşdırarkən onların yaxşı oyun nümayiş etdirdiklərini görmüşdüm. Çoxları düşünürdü ki, Norveç və Azərbaycana yollanarkən asan qələbələr qazanacağıq. Lakin bu, belə deyil. Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər.

KƏNAN BAHADIR