“Sabah” Misli premyer-liqasının 30-cu turunda “Turan Tovuz”a uduzmaqla qələbəsiz oyunlar seriyasını 8-ə çatdırdı. “Bayquşlar”ın kubok yolu ilə avrokuboklara yollanmaq istəyi heç kimə sirr deyil. Kubokun yarımfinalının ilk oyununda “Neftçi”ni məğlub etməklə şanslarını bir qədər yaxşılaşdırıblar.
Bu heyət və nəticələr fonunda Vasili Berezutsikinin işindən nə dərəcədə razısınız? Kuboku qazansa, onu saxlamağa dəyər, yoxsa göndərilməlidi? Bu sualları “Soldati di Sabah” azarkeş qrupunun rəhbəri Ağaxan Abdullayevə ünvanladıq: