“Belə köklənmə ilə qalib gəlmək çətin olacaq” – Vasili Berezutski

6.04.2025 19:32 38
Ölkə futbolu / Manşet
“Sabah” Misli premyer-liqasının 29-cu turunda evdə “Kəpəz”ə məğlub oldu - 0:1.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablayıb.

- Pis oynadıq. Meydançada döyüşməyəcəyiksə, bizdən aşağı komandalara qarşı belə nəticələr olacaq.

- Hesab etmirsiz ki, “Neftçi” ilə kubok oyunundan sonra keçirilən mətbuat konfransını yarımçıq tərk etməklə media nümayəndələrinə hörmətsizlik etmisiz?
- Burda heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Futbol emosiyalarıdı. Həmin oyun ətrafında çoxlu söz-söhbət var idi. Komandamızın keçmiş kapitanı qeyri-peşəkarcasına hərəkətlər etmişdi.

- “Turan Tovuz”la xal fərqini azaltmaq imkanınız var idi. Bu imkanı qaçırdız. “Sabah” 4-cü yeri tutmaq üçün nə etməlidi?
- Hər oyunda qalib gəlməliyik. Belə köklənmə ilə qalib gəlmək çətin olacaq.

ƏSƏD SEYİDOV