Millimiz UEFA İnkişaf Turnirinə məğlubiyyətlə başladı

14.04.2025 17:54 10
Ölkə futbolu
U-17 millimiz (2009-cu il təvəllüd) Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. “Zimbru” stadionunda oynanılan görüş Moldovanın 1:0 hesabı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz turnir çərçivəsində aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə üz-üzə gələcək.