Bu gün U-17 millimiz UEFA İnkişaf Kubokunda 2-ci tur oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşıb. Oyun yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Xatırladaq ki, millimiz ilk matında Rusiya ilə qarşılaşıb və böyük hesabla uduzub - 0:3. Komanda növbəti görüşünü Qazaxıstan millisinə qarşı keçirəcək. Matç fevralın 19-da oynanılacaq.