Bəs “Şamaxı” futbolçulara borcunu ödədimi? Bu suala cavab tapmaq üçün Kamran bəyə müraciət etdik. Onun qəzetimizə açıqlaması:
“Novruz bayramından öncə komandada qalan və ya gedən futbolçuların hamısına mükafat verildi. Çempionluq mükafatı ilə bağlı heç bir borcumuz yoxdu. Biz həmişə pulun gecikdiyini və ödəniləcəyini söyləmişdik. Martın əvvəlində mükafatın hamısı ödənildi. Heç kimə borcumuz qalmadı”.
ƏSƏD SEYİDOV






