"Baku Sportinq" çempionluğunu rəsmiləşdirdi - YENİLƏNİB

14.05.2024 19:13 215
Ölkə futbolu / II liqa
Bu gün futbol üzrə ölkə çempionatının 2-ci liqasında 25-ci tura start verilib.

Mövsümün başlanğıcından bəri ilk dəfə turun bütün qarşılaşmaları bir gün içində keçirilib. Çempionluq yolunda heç bir şansı olmayan “Şahdağ Qusar” rəqibləri xal itirəcəyi təqdirdə 2-ci yeri ələ keçirib, pley-off yolu ilə 1-ci liqaya yüksəlmək şansını saxlamaq üçün “Göygöl”ü sınağa çəkib. "Baku Sportinq" isə qələbə ilə çempionluğunu rəsmiləşdirib.

14 may
Şahdağ Qusar – Göygöl - 2:0

Füzuli – Kürmük Qax - 7:2

Şəmkir – Cəbrayıl - 0:1

Lerik – Kür-Araz - 3:1

Sheki City – Qusar - 0:2

Baku Sportinq – Dinamo - 4:2

Ağdaş – Şəfa - 1:1

Xal durumu: Baku Sportinq – 61, Füzuli – 56, Cəbrayıl – 55, Şahdağ Qusar – 54, Qusar – 48, Kür-Araz – 38, Sheki City – 35, Göygöl – 32, Dinamo – 24, Ağdaş – 24, Lerik - 22, Şəmkir – 19, Şəfa – 18, Kürmük Qax – 14.
Bombardirlər: Elvin Nəsibov (Cəbrayıl/Füzuli) – 31, Tural Qurbatov (Şahdağ Qusar) – 30.

KAMAL SƏFƏR