Premyer-liqada 25-ci qol

14.04.2025 10:00 7
Ölkə futbolu
“Zirə”nin futbolçusu Rafael Utziq ölkə çempionatlarında 25-ci qolunu vurub.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, onun yubileyi Misli premyer-liqasının 30-cu turuna təsadüf edib.

Braziliyalı “Neftçi” ilə görüşdə dubla imza atıb. İlk top onun premyer-liqada ümumilikdə 25-ci, “Zirə” forması ilə 10-cu qolu olub.

Qeyd edək ki, premyer-liqada “Qəbələ”də də çıxış etmiş Rafael ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.