Premyer-liqada 200-cü oyun

11.11.2024 12:59 276
Ölkə futbolu
“Sabah”ın futbolçusu Tellur Mütəllimov ölkə çempionatlarında 200-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, onun yubileyi Misli premyer-liqasının 13-ü turuna təsadüf edib. 29 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub.

Premyer-liqada 2015/16 mövsümündə debüt edən Tellur 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.

Qeyd edək ki, Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul