Leandronun 100-cü oyunu

7.04.2025 12:14 7
Ölkə futbolu
Leandro Andrade ölkə çempionatlarında 100-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi Misli premyer-liqasının 29-cu turuna təsadüf edib. 25 yaşlı kabo-verdeli “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.

Andrade premyer-liqada 2021/22 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.

Qeyd edək ki, “Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.