Halbuki vaxtilə “Sektor 56” varlığını hiss etdirirdi. Mövsümün əvvəlində dağılan fanklubun üzvü Loğman Məliklidən son və həlledici 7 turda komandaya dəstək vermək planlarının olub-olmadığını soruşduq.
“Tribuna ilə heç bir əlaqəm qalmayıb. Çempionatı izləmirəm, “Şamaxı”nın indiki vəziyyətindən, nəticələrindən xəbərim belə yoxdu. Çox güman, fanklub tərəfindən komandaya dəstək olmayacaq. Bundan sonra ancaq onlara uğur arzulaya bilərəm”.
MÜZƏFFƏR QULUZADƏ






