“Mediaya açıqlaya bilmədiyimiz bəzi məqamlar düzəlsə, tribunaya qayıdarıq” – maraqlıdı…

19.01.2025 22:32 386
Aktual / Ölkə futbolu
Misli premyer-liqasında 19-cu turun açılış matçında “Qarabağ” “Şamaxı”nı məğlub etdi - 3:2. Maraqlı məqam odu ki, “şirlər”i doğma meydanında dəstəkləməyə gəlməyən “Sektor 56” bu dəfə “Bəhramov”un tribunalarında idi, həta pankart da açmışdı.

Görəsən, “Sektor 56”nı müntəzəm tribunalarda görəcəyikmi? Klubla aradakı buzlar əridimi? Bu sualları “Sektor 56”nın rəhbərlərindən Loğman Məlikliyə ünvanladıq:

“Sektor 56” fəaliyyətini dayandırandan sonra premyer-liqa oyunlarını izləmirəm. Azərbaycan futbolunda hakimlik mənə görə sıfırdı. Hakimlik nə vaxt düzələr, hakimlikdə köklü islahatlar aparılarsa, yenidən ölkə futbolunu izləyə bilərəm, hətta “Sektor 56” da tribunaya dönə bilər. Sırf Şamaxını sevən insanlar tribunadan komandanı dəstəklədi. “Sektor 56” hələ ki tribunalarda deyil. Böyük ehtimalla da olmayacağıq. Komanda ilə fanklub arasında heç nə yoxdu. Mediaya açıqlaya bilmədiyimiz bəzi məqamlar düzəlsə, tribunaya qayıdarıq”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul