Misli premyer-liqasının 29-cu turunda “Səbail”lə matçda azarkeşi vurmağa cəhd edən "Turan Tovuz"un futbolçusu Veysəl Rzayev biri şərti olmaqla iki oyunluq cəzalandırılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Həmçinin futbolçunun intizamsızlığına görə Tovuz təmsilçisi 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin olunub.
“Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra Gəncə klubu azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat ziyana düşüb.
“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda isə "kimyaçılar" azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə 1000 manat cərimələnib.