"Hypers Quba"ya texniki məğlubiyyət verildi

7.12.2024 18:44 546
Ölkə futbolu
2-ci liqanın təmsilçisi "Hypers Quba" cəzalandırılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə qərar bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında verilib. Turnirin 11-ci turunda keçirilən “Dinamo” – “Hypers Quba” matçının 80-ci dəqiqəsində qonaq komandanın heyətində adı matçın protokolunda olmayan 17 nömrəli futbolçu Nail Təhməzli oyuna daxil olub.

Bu səbəbdən “Hypers Quba”ya texniki məğlubiyyət verilib (hesab 4:1 saxlanılır) və 400 manat cərimə edilib.