AFFA 1-ci liqa klubuna texniki məğlubiyyət verdi

26.12.2024 12:54
Ölkə futbolu
AFFA 1-ci liqada yarışan kluba texniki məğlubiyyət verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin bu gün çıxardığı qərarda bildirilib.

Qeyd olunub ki, dekabrın 24-ü Birinci Liqada 11-ci turun “Difai” – MOİK oyununun 90+3-cü dəqiqəsində “Difai” komandasının heyətində adı matçın protokolunda olmayan 10 nömrəli futbolçu Tahir Zeynalov oyuna daxil olub. Bu səbəbdən “Difai” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən matçda MOİK 1:0 hesablı qələbə qazanıb.