AFFA bu komandaya texniki məğlubiyyət verdi

12.12.2024 15:36 326
Ölkə futbolu
AFFA Əvəzedicilər liqasında çıxış edən "Sumqayıt-2"yə texniki məğlubiyyət verib.

"Football-plus.az" xəbər verir ki, qərar bu gün keçirilən İntizam Komitəsinin iclasında açıqlanıb.

Əvəzedicilər liqasının 16-cı turunun “Sumqayıt-2” - “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olub. Buna görə “Sumqayıt-2” komandasına texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən oyunda "Sumqayıt-2" 3:0 hesablı qələbə qazanmışdı.