94 yaşında vəfat etdi

7.04.2025 15:57 12
İdman
Beynəlxalq Həndbol Federasiyasının (IHF) sabiq prezidenti Ervin Lanz 94 yaşında vəfat edib.

"Football-plus.az" xəbər verir ki, avstriyalı sabiq rəhbər 1984-2000-ci illərdə IHF prezidenti vəzifəsində çalışıb. 1977-95 aralığında Avstriya Həndbol Federasiyasına rəhbərlik edib.

O, hər iki təşkilatın fəxri prezidenti olub.