Tovuzlular son 5 çempionat oyunun heç birində qalib gələ bilməyib.
Artıq komandanın müəyyən eniş yaşadığını demək olarmı? Təcrübəli mütəxəssis Arif Əsədovun “Football-plus.az”a cavabı:
“Komanda daxilində nə baş verdiyini bilmirik. Görünən odu ki, “Turan Tovuz” qış fasiləsindən sonra eniş yaşayır. Qışda cəlb olunan transferlər də, demək olar ki, komandaya kömək etmir. Məncə, hələ də “Turan Tovuz”un avrokuboka qatılmaq şansı var. Kubok matçlarından da asılı olacaq”.
ƏSƏD SEYİDOV





