"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova yeni planşet hədiyyə edilib.
"Football-plus.az" xəbər verir ki, "Araz-Naxçıvan"la ölkə kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında keçirilən matçda "iPad"ını qıran təcrübəli mütəxəssisə futbolçuları tərəfindən yenisi verilib.
Qeyd edək ki, "Qarabağ" həmin görüşdə Naxçıvan təmsilçisinə 0:1 hesabı ilə məğlub olub. Hakimin verdiyi penalti qərarına əsəbiləşən mütəxəssis planşeti qırıb.