“Liverpul” onu hədəfə alıb

7.04.2025 10:25 9
Dünya futbolu
“Liverpul” yayda Almaniyadan futbolçu almağı planlaşdırır.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Trent Aleksander-Arnolda daha bir əvəzləyici tapıb. Almaniya mətbuatının məlumatına görə, mersisaydlılar “Frayburq”un sağ cinah müdafiəçisi Kilian Sildilyanı hədəfə alıblar.

22 yaşlı fransalı futbolçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. Kilian cari mövsümdə “Frayburq”un heyətində 17 oyun keçirib və 2 qol vurub.