“Real” onu hədəfə aldı

23.03.2025 11:25 8
Dünya futbolu
“Real”ın yeni transfer hədəfi məlum olub.
Bu haqda “Chiringuito” məlumat yayıb. 


"Football-plus.az" xəbər verir ki, Madrid klubu “Liverpul”un oyunçusu İbrahima Konateni yay transferləri üçün siyahısına əlavə edib.

Bir müddət əvvəl mətbuatda “Real”ın “Liverpul”un digər müdafiəçisi Trent Aleksander-Arnoldla şifahi razılıq əldə etməsi və yayda onu heyətinə qatacağı ilə bağlı xəbərlər yayılmışdı.

Konatenin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.