"Növbəti oyunlarda daha yaxşı oynayacağımıza ümid edirik" - Kurban Berdıyev

5.04.2025 19:14 32
Ölkə futbolu / Manşet
“Turan Tovuz” Misli premyer-liqasının 29-cu turunda “Səbail”lə heç-heçə etdi - 0:0.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında görüş haqda fikirlərini bildirib.

- Biz yaxşı başa düşürük ki, 2 xal itirdik. İlk hissədə ehtiyatlı oynadıq. İkinci hissədə bir qol çatmadı.

- Avrokuboklara yollanmağınız nə dərəcədə realdı?
- Bu barədə fikiləşirik və futbolçularla danışırıq. Növbəti oyunlarda daha yaxşı oynayacağımıza ümid edirik.

- Oyundansonra azarkeşlər və Veysəl Rzayev arasında insident yaşandı. Bundan xəbərdarsızmı?
- Bu barədə məlumatım yoxdu.

- Tural Bayramlıya güvənmirsiz?
- Yox, rəqabət güclüdü. Hamını eyni anda buraxmaq olmur.

- Qış transfer pəncərəsində bəzi futbolçular cəlb edildi. Anton Kraçkovski hansı məqsəd üçün gəlmişdi?
- Bu gün xəstə idi. Xəstələnməsəydi, onu meydana buraxa bilərdik.

- Bundan əvvəlki oyunlarda da onu görmürük...
- Bu elə bir mövqe di ki rəqabət çoxdu. Rəqabətin olması belə addım atmağımıza səbəb oldu.

- Qış transfer pənəcərəsində gələn futbolçuların çıxışı yaxşı deyil. Buna uğursuzluq deyə bilərikmi? Bunun günahkarı kimdi?
- Deməzdim ki, uğursuz transferlərdi. Urtado və Batista meydanda tez reaksiya verirlər.

ƏSƏD SEYİDOV