“Göstəririk, başa salırıq, amma eyni səhvlər olur” – Kurban Berdıyev

16.03.2025 20:56 42
Ölkə futbolu / Manşet
“Turan Tovuz” Misli premyer-liqasının 27-ci turunda evdə “Sumqayıt”a məğlub oldu - 1:2.

“Football-plus.az” meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.

- Təəssüf ki, hər oyunda kobud səhvlər edirik və bu bizə baha başa gəlir. Son oyunlarda olan səhvlər nəticəyə təsir edir.

- Bu səhvlərin öhdəsindən gəlmək üçün hansı işlər görürsüz və nə qədər vaxt lazımdı?
- Çətindi demək. Göstəririk, başa salırıq, amma eyni səhvlər olur.

- Kurban Berdıyev gələndən sonra transferləri gördük. Düşünmürsüz ki, futbolçu yox, seleksiya səhvidi?
- Seleksiyada görmürəm. Kompleks səhvlərdi. Bizdə olan problemləri deməyəcəm. Amma mən öz üzərimdən məsuliyyəti atmıram.

- Anton Kraçkovski ehtiyatda oturub. Ehtiyatda olmaq üçün Azərbaycana gəlməli idi?
- Mən Mahaçqalada olduğum dövrdə yaxşı idi. Təəssüf ki, indi həmin oyunu göstərə bilmir.

- “Turan Tovuz” avrokuboklara vəsiqə qazana bilməsə, Kurban Berdıyev burda davam edəcək?
- Qalacam. Vəzifəmiz olduğu kimi qalır. Üzücü məğlubiyyətlər olur. Danışırıq, amma səhvlər olur.

- Növbəti mövsüm komandada qalacağınız təqdirdə Araş Qaderi, Anton Kraçkovski və Orxan Əliyevlə yolları ayıracaqsız?
- Hələ bir dövrə var.

- “Turan Tovuz” ev oyunlarına yaxşı başlayır. Sonra səhvlər olur.
- Sizlə razıyam. Avrokubokları hədəfləyən komanda xüsusilə evdə belə səhvlərə yol verməməlidi.

ƏSƏD SEYİDOV