“Baku Sportinq”in mətbuat katibi Araz Əhmədov “Football-plus.az”a bununla bağlı danışdı:
“Nikita Tarbyakovla bağlı əvvəlcə onu deyim ki, Bakıya gələndə Minsk və Moskva aviareyslərində iki dəfə problem yaşadı. Futbolçu Bakıya ayın 1-də gəlməliydi, 9-da gəldi. İkinci məsələ odu ki, kluba gələn hər oyunçunun Peşəkar Futbol Liqasına ödəyəcəyi məbləğ var. Həmin məbləğ 5000 manatdı. Nikita Tarbyakovun anlaşdığı menecer şirkəti həmin pulu ödəyəcəyini dedi. Futbolçu komanda ilə məşqlərə başlayanda, onu sərəncamımızda görmək istəyədə meneceri bundan imtina etdi. İkiaylıq maaşla bağlı onu deyə bilərəm ki, Nikita “Baku Sportinq”in heyətində birinci liqada debüt belə etməyib. Biz onunla müqavilə bağlamaq üçün xeyli vaxt və pul sərf etdik. Onun sənədlərini yoluna qoyurduq, amma artıq Belarusdan gəlib burda qalmaq müddəti də bitmişdi. Nikita meneceri ilə danışdı və bizə dedi ki, menecerim pulu ödəməkdən imtina edirsə, mən geri qayıtmaq istəyirəm. Ölkəsinə qayıdıb başqa klubla anlaşmaq istədiyini bildirdi. Nikitanın sənəd işlərində heç bir çətinlik törətmədik. Onun sərbəstqalma sənədini də özünə təhvil verdik. Belarus yüksək liqasında komanda ilə anlaşıb, biz də onlara məktub yazıb heç bir iddiamızın olmadığını bildirdik. Meneceri verdiyi vədi yerinə yetirmədiyinə görə çıxıb getdi, oynamadı. Bir oyunda belə oynamadı. Heç bir oyunumuzda protokolda adı olmayıb. Çünki müqavilə bağlaya bilməmişdik. Müqavilə bağlansaydı, maaş da ödəyəcəkdik”.
MÜZƏFFƏR QULUZADƏ





