“AFFA-nın İnkişaf Strategiyasını görəndən sonra düşündük ki…” – “Turan Tovuz”dan açıqlama

1.04.2025 17:52 97
Aktual / Ölkə futbolu
Tovuz şəhər stadionunun süni örtüyünün təbii örtüklə dəyişdiriləcəyi gözlənilir.

Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev bu prosesin avqust-sentyabr aylarında gerçəkləşəcəyini bildirib.

Bəs “Turan Tovuz” AFFA-dan konkret hansı yardımı gözləyir? Klubun İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktor Əli Balakişiyev bu məqama aydınlıq gətirdi:
“AFFA-nın İnkişaf Strategiyasını görəndən sonra düşündük ki, federasiyanın işi həddən artıq çoxdu, buna görə də ot örtüyünü öz hesabımıza dəyişməyi qərara aldıq. Amma hansısa köməklik edərlərsə, təbii ki, etiraz etmərik”.
ƏSƏD SEYİDOV