Flikin 4-cü uğuru

26.03.2025 11:51 0
Dünya futbolu
İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Vu nominasiyada “Barselona”nı çalışdıran Hans-Diter Flik qalib gəlib. O, Manuel Pelleqrini (Betis) və Klaudio Giraldesi (Selta) qabaqlayıb. Almaniyalı mütəxəssis bu mövsüm ərzində artıq 4-cü dəfə fərdi mükafata layiq görülüb. “Barselona” mart ayında La Liqada 2 oyun keçirib və bu matçların hər birində qalib gəlib.

Flikin komandası hazırda turnir cədvəlinə 60 xalla (27 oyun) liderlik edir. Eyni xalı olan “Real” (28 oyun) 2-ci, 56 xalı olan (28 oyun) “Atletiko” isə 3-cü yerdədi.