Transfer pəncərələrinin vaxtı müəyyənləşdi

8.06.2023 16:44 590
Premyer-liqa
Ölkə çempionatlarında 2023/24 mövsümü üçün transfer dövrlərinin vaxtı müəyyənləşib.

"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yay transfer pəncərəsi iyunun 15-də start götürəcək və sentyabrın 5-də bitəcək.

Qış transfer dönəmi isə 2024-cü il 11 yanvar - 8 fevral tarixlərini əhatə edəcək.