Rüfət dubl etdi

13.10.2024 15:51 277
Dünya futbolu
Millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo”(Berlin) Berlin kubokunda 3-cü turun oyununa çıxıb.

“Football-plus.az” xəbər verir ki, komanda “Lixtenberq”lə qarşılaşıb və 5:0 hesabı ilə qələbə qazanıb.

Dadaşov meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, bu görüşdə dubla imza atıb. Dadaşov 47 və 78-ci dəqiqlərdə rəqib qapısına yol tapıb.

Beləliklə, "Dinamo" ardıcıl 3-cü oyunda da qalib gəlib.