Rüfət komandasına qələbə qazandırdı

21.07.2024 20:37 302
Dünya futbolu
Azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi Almaniyanın “Dinamo” (Berlin) "Sampdoriya" ilə yoxlama oyunu keçirib.

“Football-plus.az” xəbər verir ki, görüşdə "Dinamo" məşhur mütəxəssis Andrea Pirlonun baş məşqçilik etdiyi kollektivə 1:0 hesabı ilə qalib gəlib. Komandanın qələbə qolunu isə 13-cü dəqiqədə Rüfət Dadaşov vurub.

O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqəyədək oynayıb.