Prezident Flikin xahişini yerə salmayıb

11.11.2024 06:54 290
Dünya futbolu
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yay təlim-məşq toplanışı zamanı klubun prezidenti Xuan Laportaya istəyini çatdırıb.

“Relevo”nun yaydığı xəbərə görə, 59 yaşlı almaniyalı mütəxəssis Laportadan məşqlərə gələndə idman paltarında olmasını xahiş edib. Klubun rəhbəri isə istəyi anlayışla qarşılayıb və buna əməl edib.

Flik “Barselona”ya yayda təyin olunub. Komanda hazırda turnir cədvəlində 33 xalla 1-ci yeri tutur.