Yenə o fikirdə qalırsızmı? Doğrudanmı, indiki zəif yığmanın günahkarı AFFA-dı, Fernando Santuşdu? Klubların və futbolçuların heç bir günahı yoxdu? “Football-plus.az” bu sualları Vaqif bəyə ünvanlayıb:
“Piramidanın zirvəsində olan yığmadı. İlk addım səhv atılsa, son nəticə ürəkaçan olmayacaq. Strategiyada onun üçün çalışılır. Gələcəkdə yaxşı futbola şahidlik edəcəyimizə ümid edirəm. Heç kimi günahlandırmaq istəməzdim. Futbolla məşğul olan hər bir insanın öz payına düşən günahı var. Bu gün ölkə futbolu üçün nə çatmadığını demək çox çətindi. Hər bir şərait var. Bu gün günahkar axtarmaq əvəzinə çıxış yolu axtarmaq vacibdi”.
ƏSƏD SEYİDOV




