• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazinin qərarları Vaqif Sadıqovu təəccübləndirib - MÜSAHİBƏ

Manşet / Müsahibə

31-03-2022, 16:0

Yığma Malta toplanışından əliboş dönür.

Canni de Byazinin komandası dünya reytinqində özündən aşağıda olan Malta və Latiyaya uduzdu. AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da komandanı müşayiət edənlər arasında idi. Bunu nəzərə alaraq onunla danışdıq.

- İki yoldaşlıq görüşündə dünya reytinqində qabaqladığımız rəqiblərə məğlub olduq. Fikirləriniz necədi?
- Reytinqə fikir verməməliyik. Bu gün bütün yığmalar inkişafdadı, oynamağı bacarırlar. Elə reytinqdə bizdən aşağıda olan komandalar da bunu sübut etdilər. Müasir futbolda inkişaf sürətlə gedir. Bununla ayaqlaşa bilməsək, hansısa uğurdan, nəticədən danışa bilmərik.

- Məğlubiyyətlərin günahı baş məşqçidə, yoxsa futbolçulardadı?
- Bu sualı, ümumiyyətlə, qəbul edə bilmirəm. Biz həmişə məğlubiyyətlərdən sonra günahkar axtarırıq. Ya AFFA, ya baş məşqçi, ya da futbolçular günahkar olur. Hesab edirəm ki, bu uğursuzluqda futbolla məşğul olan hər kəsin payı var.

- Qara Qarayev kimi yetərincə təcrübəli oyunçunun o epizioddakı hərəkəti nə dərəcə doğru idi? Nəzərə alaq ki, Azər Salahlı artıq özünü çatdırırdı...
- Bu hər bir oyunçunun başına gələ bilər. Hadisə baş verəndən sonra kənardan fikir bildirmək çox rahatdı. Ancaq hesab edirəm ki, bu yanaşma düzgün deyil. Qara qırmızı vərəqə alandan sonra komanda toparlanıb həm özü, həm də Qara üçün layiqli oyun nümayiş etdirməliydi.

- Bəziləri “Qarabağ”ın futbolçularının klubda sərgilədikləri oyunu millidə göstərmədiklərini deyirlər.
- Mən bu fikri heç vaxt qəbul etməmişəm, etməyəcəm də. Ümumiyyətlə, milli komandanı “Qarabağ” və “Neftçi”nin futbolçularına bölmürəm. Hesab edirəm ki, hər oyunçu yığmanın formasını geyəndə özünü necə aparmaq lazım olduğunu dərk edir. Futbolçuların hamısı sona qədər mübarizə aparır. Yenə deyirəm, bu yanaşma doğru deyil və belə hal ola da bilməz.

- Dəvət edilən futbolçuların hər biri öz klubunun aparıcı üzvləridi. Onların istənilən kimi çıxış etməməsinin səbəbi nədi?
- Buna çox rahat cavab vermək olar. Klublarda yaxşı nəticə əldə edirlərsə, görünür, onların daxilində komanda ruhu var. Hazırda millidə, De Byazidə bu ruh olmadığından hansısa nəticədən danışmaq doğru deyil.

- Çoxları De Byazinin oyun fəlsəfəsi ilə razılaşmır. Təcrübəli futbol adamı kimi bu mövzu ilə bağlı fikirləriniz də maraqlıdı...
- Canni de Byazi xeyli müddətdi komanda ilə birgə çalışır. İstər-istəməz hər dəfə, belə desək, bizi təəccübləndirən addımlar atır (gülür). Gah heyətdə köklü dəyişikliklərə əl atır, gah oyun modelini dəyişir. Təəssüf ki, bunlar özünü doğrultmur. Neçə vaxtdı Azərbaycandadı və ölkə futboluna tanıyan biri kimi çoxdan formalaşmış və yaxşı oyun sərgiləyən komanda yaratması mümkün idi.

- Malta ilə oyundan sonra millinin düşərgəsində dava düşdüyü haqda xəbərlər yayılıb. Belə şey olub?
- Bu xəbərlər qətiyyən həqiqətə uyğun deyil. Bir həftə orda olmuşam. Münasibətlər çox yaxşı idi.

- Sizcə, sosial şəbəkələrdə yazılan mənfi rəylər futbolçuların psixologiyasına təsir edir? Maksim Medvedev oyunöncəsi mətbuat konfransında bundan gileylənmişdi...
- Mənfi rəyin hər bir insana müəyyən qədər təsiri var. Ancaq futbolçu istənilən tənqidə hörmətlə yanaşmaqla, onu qəbul etməklə fəaliyyətini davam etdirməlidi. Çünki onlar peşəkar statusa malikdilər. Tənqidlər isə qaçılmazdı. Psixoloji cəhətdən güclü olmaq lazımdı. Tənqidlərin qarşılığında yaxşı çıxış etməklə özlərini sübut etməlidilər.

- Maltada yığma üzvləri ilə söhbət etdiz? Bəlkə nəsə iradları, narazılıqları var deyə normal oyun sərgiləmirlər.
- Futbolçularla yox, ilk oyundan sonra Canni de Byazi ilə görüşümüz olub. Onun işinə müdaxilə etməmək şərti ilə fikir bildiririk.

- Komandanın qarşısına Millətlər Liqasının qrupundan çıxmaq vəzifəsi qoyulub. Belə oyunla nəyə ümid edə bilərik?
- De Byazi və komandası son iki oyunu tam yaddan çıxarmalıdı. Hər məğlubiyyətin özü də bir nəticədi və bundan dərs çıxarmaq lazımdı.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet / Günün xəbəri

7-04-2022, 12:0

Vaqif Sadıqov: “Canni de Byazi cavab verəcək!” - ÖZƏL AÇIQLAMA

Yığma

7-06-2022, 21:0

“Biz sanki FİFA reytinqində 129-cu olan yığma ilə yox...”

Aktual / Yığma / Manşet

29-03-2022, 18:0

“De Byazi məşqçi deyil” - MİLLİNİN SABİQ ÜZVÜ

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 16:20
    Fransaya qayıtmayacaq
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
Daha çox
Oxunub: 164
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 91
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə