Hakimlərimiz Almaniyanın oyununa təyinat aldı

24.03.2025 12:53
İdman
FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, onlar Nikosiya şəhərində 19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsində Kipr – Almaniya oyununu idarə edəcəklər.

Qafarlı birinci, Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşma aprelin 15-də olacaq.