Əli Cəbrayılov təyinat aldı

13.01.2025 13:50 276
İdman
Futzal üzrə FİFA referisi Əli Cəbrayılov təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, AÇ-2026-nın əsas mərhələsində fevralın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.

Birinci və ikinci referi müvafiq olaraq slovaklar - Rastislav Behancin və Martin Matula olacaq. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Yirki Filppudu (Finlandiya).